logo

Azərbaycanda daha 164 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

18:47 09-02-2021 | icon 1813
Azərbaycanda daha 164 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 330 nəfər müalicə olunaraq sağalıb, 164 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225 min 678 nəfər müalicə olunaraq sağalıb, 3163 nəfər vəfat edib. Aktiv xəstə sayı 2521 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 463 min 610 test aparılıb. Bugünkü test sayı isə 6960-dır.