logo

Türkiyənin "Bakı-Tbilisi-Qars"la göndərdiyi ilk konteyner qatarı Rusiyaya çatıb

18:15 09-02-2021 | icon 1904
Türkiyənin "Bakı-Tbilisi-Qars"la göndərdiyi ilk konteyner qatarı Rusiyaya çatıb

Türkiyədən "Bakı-Tbilisi-Qars" (BTQ) dəmir yolu ilə yola salınmış konteyner qatarı Rusiyanın Kaluqa vilayətinin Vorsino dəmir yol stansiyasına çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu, BTQ ilə Türkiyədən Rusiyaya yola salınmış ilk ixrac qatarıdır. 

Xatırladaq ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən yanvarın 29-da yola salınıb. Qatar bu müddət ərzində 4 650 kilometr məsafə qət edib.

40 futluq konteynerlərdən ibarət olan qatarın yükü əsasən, Türkiyə istehsalı olan məişət əşyaları olub. Yükün ümumi çəkisi isə 150 tondur.

Qatar "Bakı-Tbilisi-Qars" dəmir yolu və "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiyaya daxil olub.