ETSN-in vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu sezonunda Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanmış sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3-ci (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azərbaycanda daha 403 nəfər koronavirusa yoluxdu,3 nəfər öldü
Bakıda küləyinin sürəti saniyədə 35 metrə çatıb
Əli Həsənov-Abel Məhərrəmov cütlüyü: Dezinformasiyalar, milyonlarla dollarlar
Sabah Bakıda 7° isti olacaq, bölgələrəd yağış və qar yağacaq
Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu
Polis Vasif Talıbovu niyə cərimə etmədi? - Virus qələt eləyir da bə...
Vilayət Eyvazov polis rəisini vəzifəsindən azad etdi
Azərbaycanda 400 mindən çox insan peyvənd olunub
Bakıda başına daş düşən fəhlə öldü
MN Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb
Mübariz Mənsimov:Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam
Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək
Qadınlar Bakının mərkəzində aksiya keçirdilər
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan yarımçıq dayandırılıb
DİN 8 Martda aksiya keçirmək istəyən qadınlara xəbərdarlıq etdi
Sumqayıtda Zakir Fərəcovun restoranında 150 nəfərlik toy olub
"Buta Airways" Ukrayna paytaxtına uçuşları bərpa edir
Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunda aparıcı rol oynayır
Xəbərdarlıq:Sabah dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
Rüstəm Orucov Daşkənddən bürünc medalla dönür
Azərbaycanda daha 353 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü
İqtisadi Şuranın növbəti iclası keçirilib
Azərbaycanda 273 nəfər ömürlük azadlıqdan məhrum edilən şəxs var
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər yaydı
Əfv Komissiyasında baxılan müraciətlərin sayı 550-ni ötdü