logo

Sabah Bakıda 12° isti olacaq

13:53 09-02-2021 | icon 1617
Sabah Bakıda 12° isti olacaq

Azərbaycanda fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 9-12°, Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Fevralın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7°, gündüz 13-18° isti, dağlarda gecə 1-6° isti, yüksək dağlıq ərazilərdə 0-5° şaxta, gündüz 15-17° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.