logo

Ron Rayt "COVID-19"dan ölən ilk ABŞ konqresmeni oldu

11:57 09-02-2021 | icon 2023
Ron Rayt "COVID-19"dan ölən ilk ABŞ konqresmeni oldu

ABŞ Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Ron Rayt koronavirusdan ölüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə konqresmenin mətbuat katibi rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir: “Konqresmen Ron COVID-19-a yoluxandan sonra ötən iki həftə ərzində həyat yoldaşı Süzan ilə Dallasdakı Beylor xəstəxanasında olub. Ağciyər xərçəngindən əziyyət çəkən Rayta yanvar ayında COVID-19 diaqnozu qoyulub”.

Bəzi konqresmenlər də ötən il koronavirusa yoluxmaları barədə xəbər vermişdilər, lakin 67 yaşlı Ron Rayt COVID-19 virusundan ölən ilk qanunverici olub. Konqresmenin ofisinin bəyanatında daha sonra deyilir: “Ron sonadək nikbin idi. Xərçəngdən uzunmüddətli yorucu müalicə prosesinə baxmayaraq, Ron ayağa qalxaraq işə getmək arzusundan heç vaxt imtina etmirdi”.

İlk dəfə Nümayəndələr Palatasına 2018-ci ildə seçilən Rayt ötən ilin noyabrında yenidən seçilib.