logo

Daxili İşlər Nazirliyi vətəndaşlara  müraciət etdi

11:01 09-02-2021 | icon 1386
Daxili İşlər Nazirliyi vətəndaşlara  müraciət etdi

Mülki şəxslərin işğaldan azad olunmuş ərazilərə müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaratması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin əhaliyə müraciətində qeyd olunub.

Bildirilib ki, buna baxmayaraq, ayrı-ayrı şəxslərin həyat və sağlamlıqlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə faktlara hələ də tez-tez rast gəlinir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə aidiyyəti dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, qanunsuz yollarla ərazilərə keçən şəxslər aşkarlanaraq barələrində qanunvericiliyin tələbinə uyğun inzibati tədbirlər görülür.

Hazırda həmin ərazilərdə mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatları da davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırır. Qeyd olunub ki, əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə nəticələnə bilər.