logo

Ərdoğan bu gün Türkiyənin Milli kosmik proqramını təqdim edəcək

10:55 09-02-2021 | icon 2219
Ərdoğan bu gün Türkiyənin Milli kosmik proqramını təqdim edəcək

Fevralın 9-da prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimdə Türkiyənin Milli Kosmik Proqram Strategiyası və Yol Xəritəsi  açıqlanacaq.

 YeniAvropa “Anadolu” agentliyinə  istinadən bildirir ki, Ankarada düzənlənəcək  mərasim yerli vaxtla saat 19:00-a planlaşdırılıb.

Tədbirdə ölkənin kosmik sahədə məqsədlərinin, həmçinin Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin himayəsi altında reallaşdırılacaq layihələrin açıqlanacağı nəzərdə tutulur.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın  23 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılan Türkiyə Kosmik Agentliyi(TUA) bu gün ilk dəfə təşkilat haqqında çox mühüm məlumatları ictimaiyyətə açıqlayacaq.

 

TUA-nın veb saytının və sosial media hesablarının da aktiv olacağı bildirilir. 

Bu gün həmçinin agentliyin "Twitter" hesabında # İstikbalGöklerdır etiketi ilə video  da yerləşdiriləcək.

0