logo

Azərbaycan nefti son bir ildə ən yüksək qiymətədək bahalaşdı

10:30 09-02-2021 | icon 2114
Azərbaycan nefti son bir ildə ən yüksək qiymətədək bahalaşdı

Azərbaycan neftinin qiyməti bahalaşır.

 YeniAvropa xəbər verir ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar artaraq 61,11 dollar təşkil edib.

Bu, son bir ilin maksimum göstəricisidir.

“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.