logo

Pandemiya dövründə Azərbaycanın böyüyən və kiçilən bankları

21:52 08-02-2021 | icon 5999
Pandemiya dövründə Azərbaycanın böyüyən və kiçilən bankları

Pandemiya dövründə Azərbaycanda  böyüyən və kiçilən banklar məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev özünün “Facebook” hesabında status paylaşıb.
 
Ekspert qeyd edib ki, 2020-ci ildə aktivlərin həcmi baxımından sektordakı 26 bankdan 14-ü kiçilib, 12-i böyüyüb: “Ən çox kiçilmə AFB bankda olub. Bu bankın aktivlərinin həcmi 2 dəfəyə yaxın azalıb. Sonrakı sıralarda Bank Respublika (-26,8%), Yelo Bank (-21,4%), Yapı Kredi (-18.8%), Muğan Bank (-10.6%) və s.

Ən çox böyüyən Naxçıvan Bank (28,7%) olub. Böyüyən bankların sonrakı sıralaması belə olub:

Kapital Bank (26,2%), BankVTB (19%), Ziraat Bank (18%), Paşa Bank (15,6%) və s.-dir”, - deyə Rövşən Ağayev qeyd edib.