logo

Azərbaycanda daha 44 nəfər  koronavirusa yoluxdu, 3 nəfər öldü

20:59 08-02-2021 | icon 294
Azərbaycanda daha 44 nəfər  koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 102 nəfər müalicə olunaraq sağalıb, 44 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 198 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225 min 348 nəfər müalicə olunaraq sağalıb, 3161 nəfər vəfat edib. Aktiv xəstə sayı 2689 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 456 min 650 test aparılıb. Bugünkü test sayı isə 3567-dir.