logo

Keçmiş nazir Səlim Müslümovun “sağ əli” də həbs olundu

17:08 08-02-2021 | icon 357
Keçmiş nazir Səlim Müslümovun “sağ əli” də həbs olundu

Keçmiş nazir Səlim Müslümovun dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  Aparat rəhbəri vəzifəsində çalışmış Əjdər Ol (Cəbiyev) həbs edilib. 

YeniAvropa xəbər verir ki,  Səbail rayon məhkəməsinin qərarı ilə Əjdər Cəbiyev  barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb.

O, ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə  ittiham edilir.

Qeyd edək ki, Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun “sağ əli” kimi tanınırdı.

Xatırladaq ki, 2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan sabiq nazir Səlim Müslümovun üzərindən 3 il keçdikdən sonra, ötən həftə  həbs olunub. S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.