Avtobus zolaqlarına daxil olan sürücülər cəzalandırılacaq
Karantin rejiminin yumşaldılması, orta məktəblərin açılması və digər səbəblər ictimai nəqliyyatda və yollarda müəyyən problemlər yaradıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yol polisi tərəfindən aparılan müvafiq təhlillər göstərir ki, avtobus zolaqları və dayanacaqların zəbt edilməsi ictimai nəqliyyatın hərəkətində müəyyən fasilələrlə səbəb olur: "Metronun bağlı olması avtobusların da yükünü artırır ki, bu da əlavə çətinliklər yaradır. İnsanların əsasən şəxsi nəqliyyat vasitələrinə üstünlük verməsi, texniki cəhətdən nasaz avtomobillərin yollarda məcburi dayanması da sıxlıq və tıxac yaranmasına gətirib çıxarır.
Bütün bunları nəzərə alaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi problemin qarşısını müəyyən dərəcədə almaq üçün müvafiq addımlar atmağa başlayıb. İlk növbədə, təbliğat işi gücləndirilib, sürücülərin və piyadaların kütləvi informasiya vasitlərində, TV, radio və sosial şəbəkələrdə maarifləndirilməsi üçün addımlar atılır. İlk növbədə, avtobus zolağına daxil olan sürücülər aşkar olunaraq inzibati məsuliyyətə cəlb olunur. Bununla əlaqədar, həm də yerindəcə maarifləndirici tədbirlər keçirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, avtobuslar üçün yaradılan xüsusi zolaqlar ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulub".
V.Əsədov deyib ki, avtobus zolaqlarında hərəkətin fasiləsiz olması üçün yol polisi kameralar vasitəsilə nəzarət tədbirləri həyata keçirir: "Zolağa daxil olan və ya orada dayanan avtomobillər aşkar edildikdə dərhal ərazi üzrə xidmət aparan əməkdaşlar xəbərdar olunur. YPX əməkdaşları da həmin sürücüləri aşkar edərək barələrində tədbir görür və ya təbliğat xarakterli söhbətlər apardıqdan sonra maşının ərazidən götürülməsini təmin edirlər.
Yol polisi sürücülərdən bu cür qayda pozuntusuna yol verməməyi tələb edir. Eyni zamanda xahiş olunur ki, nəqliyyatın hərəkətinin fasiləsiz olması üçün qaydalara ciddi əməl etsinlər.
Digər tərəfdən, taksi sürücüləri və fərdi nəqliyyat vasitələrinin sahibləri avtomobili dayanacaq və ya onun yaxınlığında park edirlər ki, bununla avtobuslar dayanacağa rahat şəkildə daxil ola bilmir. Nəticədə yolun hərəkət hissəsində dayanmaqla digər nəqliyyat vasitələrinin ləngiməsinə səbəb olur, sərnişinlərin həyatını təhlükəyə atmaqla yolun hərəkət hissəsində sərnişin mindirib-düşürürlər".
Vaqif Əsədov bildirib ki, bütün bunların qarşısını almaq üçün yol polisi artıq müəyyən addımlar atmağa başlayıb. Bu, təkcə sürücüləri cərimələmək və məsuliyyətə cəlb etmək deyil, maarifləndirmə işləri aparmaqla bu problemlərin həllinə nail olmaqdır: “Lakin təəssüflər olsun ki, bəzi avtobus dayanacaqları və taksi duracaqlarının düzgün təşkil olunmaması bəzi problemlər yaradır. Belə ki, bütün avtobus duracaqlarında avtobuslar üçün xüsusi ciblər olduqda və taksilər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq yerlərin ayrılması mövcud problemin həllinə geniş imkanlar yarada bilər. Yəni, taksilər onlar üçün yaradılmış duracaqlardan istifadə etməlidir ki, əlavə problemlər yaranmasın.
Sürücülər arasında aparılan təbliğat işləri müəyyən müsbət nəticələr verir. Artıq bir neçə gündür keçirilən tədbirlər bunu deməyə əsas verir. Lakin təəssüflər olsun ki, sürücülər də öz arqumentlərini ortaya qoyaraq narazılıqlarını bildirirlər ki, taksilərin dayanması üçün müvafiq yerlər yetərincə deyil. Sürücülər parklanma yerlərinin az olduğunu əsas gətirirlər. Lakin bu o demək deyil ki, kim harada istədi maşın saxlaya bilər.
Hesab edirik ki, təbliğat işləri müsbət nəticələr verəcək".
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub