“Baku Steel Company”-də yeni baş direktor təyin edildi
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” şirkəti müəssisənin idarəetmə menecmentinin yenidən təşkili ilə bağlı qərar qəbul edib.
YeniAvropa xəbər verir ki, müəssisənin təsisçiləri tərəfindən qəbul edilən qərara əsasən, şirkətin menecmenti müasir korporativ idarəetmə tələblərinə uyğun bir şəkildə yenidən qurulacaqdır. “Baku Steel Company” şirkətinin baş direktoru vəzifəsi idarəçilik sahəsində təcrübəyə malik İbrahimov Kamal Mirsahib oğluna həvalə edilib.
"Azərbaycanın ilk metallurgiya şirkəti olan “Baku Steel Company” metal məhsulların ən iri istehsalçısıdır və ölkəmizin qеyri-nеft sеktorunda böyük vеrgi ödəyicilərindən biridir. Hazırda şirkətin müssisələrində 1500-dək işçi heyəti çalışır.
Müasir texnoloji avadanlıqlara və istehsal xətlərinə malik müəssisəmizin məhsulları daxili bazarda yüzlərlə müxtəlif şirkətlər və müştərilərimiz tərəfindən istehlak edilir, həmçinin bır sıra ölkələrə ixrac edilir.
Son günlərdə şirkətimiz barədə yer almış müxtəlif yoxlanılmamış məlumatlarla bağlı bildiririk ki, hazırda şirkətimizə daxil olan bütün müəssisələr öz fəaliyyətini normal axarında davam etdirir, zavodlarımızda yüksək standartlara cavab verən məhsullar istehsal edilir.
“Baku Steel Company” şirkəti öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində bundan sonra da şəffaf əsaslarda davam etdirməyə sadiqdir. Şirkətimizin rəhbərliyi müəssisəyə dəstək göstərmiş bütün dövlət orqanlarına təşəkkür edir, həmçinin öz istehlakçılarını və təchizatçılarını əmin edir ki, şirkətin fəaliyyətində ən yüksək standartların tətbiqi ilə bağlı bütün müvafiq dəyişikliklər aparılacaqdır",-deyə şirkətin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, Kamal Mirsahib oğlu İbrahimov bir neçə il bundan əvvəl bağlanan “Bank Standard”ın idarəçisi olub.
Xatırladaq ki, fevralın 3-də “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
.
Baydenin Qafqaza dəstəyi Rusiyanı geri oturda bilər – The Hill yazır
Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur-Azay Quliyev:
Azərbaycan-Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib
Azay Quliyev ATƏT PA-nın qış sessiyasında regional sülhdən danışdı
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
Ərdoğan:"Qardaşlıq vəzifəmiz üçün heç kimdən icazə almayacağıq..."
Əfv Komissiyası 150-dən çox müraciətə baxıb
Avtomobil yollarındakı son vəziyyət açıqlandı
Qarda yıxılıb xəsarət alanlarının 36 nəfəri xəstəxanaya yerləşdirilib
Qarın intensivliyi səngiyib
Kiyev-Bakıy aviareysi bərpa edilir
Toppuş bacı:"Min manat alıb mənə 100 verirdilər"
Sabah məktəblərdə dərslər dayandırılacaq?
Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edildi
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək
"Şahdəniz” yatağında qaz hasilatı bərpa edilib
"Unibank"dan prezidentə şikayət: "27 min manatımı, evimi əlimdən aldılar, hələ 42 min də istəyirlər"
İcra başçısının bacısı oğlu məhkəmə zalında həbs edildi
FHN-in Zığdakı Modul Tipli Hospitalında əməkhaqqı gecikdirilir?
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
Paytaxtda qarda 27 nəfər yıxılaraq xəsarət alıb
Azərbaycanda daha 220 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
Bakıda 8 avtomobil zəncirvari qəza törətdi:1 nəfər öldü, 1-i isə yaralandı
Hazırda Bakıda 6 dərəcə şaxta müşahidə olunur