logo

Koronavirus Teymur Əmraha evini, Eltona isə maşınını satdırdı

16:10 08-02-2021 | icon 25879
Koronavirus Teymur Əmraha evini, Eltona isə maşınını satdırdı

Müğənni Elton Hüseynəliyev maddi çətinliklə üzləşib. Bu səbəbdən də pandemiya dövründə güzəranını yaxşılaşdırmaq üçün bir ay əvvəl avtomobilini satıb.

YeniAvropa xəbər verir ki, bu barədə o, “ATV maqazin onlarla” proqramına açıqlamasında deyib.

“Gördüm ki, maddi sıxıntılarım var, maşınımı satdım. Kədərlənmədim, sevindim ki, əlimə pul gəldi! Təxmini olaraq 22 min dollara satdım”.

Elton maddi sıxıntıları zamanı həmkarı Nadir Qafarzadənin ona yardım etdiyini də vurğulayıb. 

Bundan əlavə, müğənni  sənət müəllimi, əməkdar artist Teymur Əmrahın da çətinlik yaşadığını, bu səbəbdən evini satdığını deyib: “Qapı döyüldü, gördüm Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da üstündə gəzdirir. Bir az mənə də yardım etdi. Deyirəm, niyə mənzilinizi satdınız? Deyir ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı”.

Xatırladaq ki, Teymur Əmrah uzun illər evsizliyi ilə bağlı şikayətləri ilə gündəmdə olmuş, daha sonra adını açıqlamadığı şəxs tərəfindən mənzillə təmin olunmuşdu.