logo

İlham Əliyev general-mayor Yusif Axundzadəyə “Şöhrət” ordeni verdi

15:51 08-02-2021 | icon 2016
İlham Əliyev general-mayor Yusif Axundzadəyə “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev fevralın 8-də Yusif Axundzadənin  təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Axundzadə Yusif Yevgeniyeviç 1946-cı ildə Bakıda anadan olub. 1969-ci ildə fleyta sinfi üzrə Bakı Musiqi Akademiyasını bitirir.1989-ci ildən BMA-nın nəfəsli və zərb alətləri kafedrasında müəllimlik edib. 2008-ci ildə Bakı Musiqi Akademiyası nəfəs və zərb alətləri kafedrasının müdiridir. 

Azərbaycanın xalq artisti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisidir.