logo

Səlim Müslümovun baş həkim olan qohumu vəzifədən azad edildi

15:33 08-02-2021 | icon 1680
Səlim Müslümovun baş həkim olan qohumu vəzifədən azad edildi
Ağsu rayon Mərkəzi Xəstəxanasının(RMX) baş həkimi işdən çıxarılıb.
 
YeniAvropa xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə, Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub.
Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.
 
Xatırladaq ki, vəzifəsindən azad olunan Ş.Məlikova fevralın 4-də təkrar külli miqdarda rüşvət alma və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri  ilə ittiham olunaraq həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısının həyat yoldaşıdır.