logo

İtkin düşən zabitimizin şəhid xəbəri gəldi

23:15 14-01-2021 | icon 1771
İtkin düşən zabitimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşmüş baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, bu barədə şəhid zabitimizin yaxınları məlumat verib. 28 yaşlı şəhidimiz bu gün Fəxri Xiyabanda torpağa tapşırılıb.

 
Qeyd edək ki, Lənkəran şəhərindən olan Həsanağa Abdullazadə ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilmişdi. Evin tək övladı olan şəhid zabitimiz 2019-cu ildə ailə həyatı qurub. O, Vətən müharibəsinə Göygöldə yerləşən N saylı hərbi hissənin Qərargah rəisinin müavini kimi qatılıb. Baş leytenant Abdullazadə Murovdağ, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.