Yanvarın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Cuniçi Vada ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.