logo

ICESCO-nun qiymətləndirmə missiyası Azərbaycana səfər edəcək

16:29 14-01-2021 | icon 1617
ICESCO-nun qiymətləndirmə missiyası Azərbaycana səfər edəcək

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının(ICESCO) texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik məlumat verib.

Baş direktor bildirib ki, texniki missiyanın hesabatı işğaldan olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirmə olacaq.

“ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq”,-deyə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik vurğulayıb.