logo

TANAP-la Türkiyəyə 8,4 milyard m3 Azərbaycan qazı nəql edilib

16:09 14-01-2021 | icon 2128
TANAP-la Türkiyəyə 8,4 milyard m3 Azərbaycan qazı nəql edilib

TANAP vasitǝsilǝ Türkiyəyə nəql olunan təbii qaz hǝcmləri 8,4 milyard kubmetrə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri TANAP şirkətinin baş direktoru Saltuk Düzyol yanvarın 14-də keçirdiyi “TANAP layihəsinin mövcud vəziyyəti və istismar dövrü” mövzusunda onlayn mətbuat konfransında deyib.

O, iki qardaş ölkə, Türkiyə vǝ Azərbaycanın enerji sektorunda bu günə qədər davam edən uğurlu ǝmǝkdaşlığının mühüm ǝlamǝtlǝrindǝn biri olan TANAP-ın Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP-la birgǝ Cǝnub Qaz Dəhlizinin ən vacib halqasını təşkil etdiyi bildirib. Qeyd edib ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağından hasil etdiyi tǝbii qazın Türkiyə ilə yanaşı, Avropaya daşınmasını hədəfləyir: “Azərbaycan təbii qazını Türkiyə və Avropadakı alıcılara etibarlı və sərfəli bir şəkildə daşınması mǝqsǝdilǝ yüksək ötürücülük qabiliyyǝtinǝ malik olan tǝbii qaz boru kǝmǝrinin beynǝlxaq keyfiyyət, peşǝ tǝhlükǝsizliyi vǝ ǝmǝyin mühafizǝsi, sosial və ətraf mühit standartlarına uyğun olaraq tikmǝk vǝ istismar etmǝk missiyası ilǝ fəaliyyətlǝrini davam etdirǝn TANAP ölkəmizin və Avropa İttifaqının (Aİ) təbii qaz təchizatı təhlükəsizliyinə və müxtəlifliyinə töhfə verməyi hədəfləyir. TANAP Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyini artıraraq regionda sülh və sabitliyə dǝ töhfǝ verǝrǝk. Layihə Azərbaycan, Türkiyə və Aİ-ni bir-birinə daha da yaxınlaşdırır və təqdim etdiyi potensial ilǝ qlobal enerji geosiyasətini yenidən formalaşdırır. Bu xüsusiyyəti ilə TANAP gələcəkdə planlaşdırılması nəzərdə tutulan enerji layihələri üçün dǝ ilham mənbəyidir. TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsinə verdiyi töhfə ilə Azǝrbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü vǝ Avropa İttifaqının yeni qaz tədarükçüsünǝ çevirir. TANAP-ın 16 milyard kubmetr olan mövcud ötürcülük qabiliyyǝti əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırıla biləcək şəkildə layihǝlǝndirilib. Sonrakı illǝrdǝ Azərbaycanın digər qaz yataqlarından əldə edilə biləcək əlavə hasilatla Azərbaycan xüsusilə Cənubi-Şərqi Avropa ölkələri üçün əhəmiyyətli qaz tədarükçüsü olmağa namizəddir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur”.

TANAP-ın marşrutu və texniki xüsusiyyətləri barədə məlumat verən S.Düzyol bildirib ki, giriş nöqtəsi Gürcüstan-Türkiyə sərhədi (Ardahan-Posof), Avropaya çıxış nöqtǝsi Türkiyə-Yunanıstan sərhədi (Ədirnǝ-İpsala) boru kəməri olan TANAP Türkiyədǝn 20 şǝhǝrin sǝrhǝddindǝn keçməklə 67 rayon vǝ 600 kənddən keçən marşrutun Yunanıstan sərhədində, Avropa ölkələrinə tǝbii qazı ötürən TAP kəmərinə qoşulur. Layihə çǝrçivǝsindǝ Türkiyə sərhədləri daxilindǝ biri Əskişǝhǝrdə, digəri Trakyada olmaqla milli təbii qaz ötürmə şəbəkəsinə qoşulmaq üçün iki çıxış nöqtəsi var. TANAP sistemi 2x17,5 kilometri Mǝrmǝrǝ dənizi keçidi olmaqla cəmi 1850 kilometr uzunluğundakı boru kəməri, bir sıra yerüstü qurğulardan ibarətdir. Bunlar iki ǝdǝd kompressor stansiyası (daşıma qabiliyyəti 31 milyard kubmetrə yüksəldikdə kompressor stansiyalarının sayı 7-yə çatacaq), 4 ǝdǝd ölçmə stansiyası, 13 ǝdǝd tǝrtibatın buraxılma kamerası, 49 bağlayıcı armatur stansiyası (39-u “Faza-0”, 10-nu “Faza-1” çǝrçivǝsindǝ), 2-si Türkiyədəki milli təbii qaz şəbəkəsini vǝ biri TAP kəməri bağlantısı vasitəsilə Avropadakı beynəlxalq təbii qaz şəbəkəsinǝ qoşulmaq üzrǝ 3 təbii qaz çıxış stansiyasıdır. Boru kəmərinin “Faza-0” adlanan vǝ Ardahandan Əskişǝhǝrə qədər olan 1340 kilometrlik hissəsi 56 düym, “Faza-1” adlanan Əskişǝhǝrdən İpsala-Yunanıstan sərhədinə qǝdǝr olan 457 kilometrlik hissəsi 48 düym olaraq layihǝlǝndirilib. Layihə çərçivəsində reallaşdırılan 17,5 kilometr Çanaqqala boğaz keçidi isǝ 36 düym diametrli qoşa boru kəməri ilə həyata keçirilib. İlkin olaraq 16 milyard kubmetr olacaq ötürmǝ qabiliyyətinin sonrakı illərdə 24 milyard kubmetrə vǝ ardından 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.

S.Düzyol qeyd edib ki, kommersiya fǝaliyyǝtinǝ başladığı 2018-ci il iyunun 30-dan 2020-ci ilin dekabr ayının sonuna qǝdǝr TANAP vasitǝsilǝ Türkiyəyə çatdırılan təbii qazın ümumi hǝcmi 8,4 milyard kubmetrə çatıb. Hazırkı 3-cü nəqletmə ilindǝn başlayaraq istismar dövrünün sonuna qǝdǝr Türkiyəyə hər il 6 milyard kubmetr tǝbii qazın çatdırılması nǝzǝrdǝ tutulub. 2020-ci il dekabrın 31-də Avropaya qaz nəqlinin başladığı layihə üzrə ilk gün üçün TAP vasitǝsilǝ Avropaya 10,9 milyon kubmetr qaz ötürülüb.

Bildirib ki, TANAP proqram vǝ portfel idarəetməsində dünyanın ən nüfuzlu peşəkar birliklərindən biri olan ABŞ-dakı Layihə İdarəetmə İnstitutu (PMI) tərəfindən “İlin layihəsi” kateqoriyasında birinci olub, mükafata layiq görülüb. İctimai təsirləri yüksǝk mǝzmunları ilǝ geniş tǝbǝqǝlǝrǝ nüfuz edǝn Sosial və Ətraf Mühit İnvestisiya Proqramları (SEIP) çərçivəsində dǝ həyata keçirilən layihǝlǝr, beynǝlxalq arenada bir çox mükafata layiq görülüb. ABŞ-dakı Marketinq və Kommunikasiya Peşəkarları Birliyi (AMCP) tərəfindən mükafatlandırılan və dünyanın ən prestijli mükafat proqramlarından biri kimi tanınan “Communitas”ın "İcma xidməti və korporativ sosial məsuliyyət" mükafatına layiq görülǝn TANAP, eyni zamanda, dünya miqyasında ictimailǝşǝn uğurlu korporativ sosial məsuliyyət layihələrini vǝ kütlǝvi informasiya fǝaliyyǝtlǝrini qiymǝtlǝndirǝn Birləşmiş Krallıqda yerləşən “The International CSR Excellence Awards” tərəfindən "Davamlılıq" kateqoriyasında "Beynəlxalq korporativ sosial məsuliyyət (KSM) mükəmməllik mükafatı", qlobal sǝviyyǝdǝ ən uğurlu ətraf mühit təcrübələrini tanıtmaq, mükafatlandırmaq və inkişaf etdirmək üzrǝ qurulan dünyanın ən nüfuzlu mükafat təşkilatlarından biri olan Birləşmiş Krallıqdakı “The Green Organisation” tərəfindən “Green World Awards” mükafatlarında "Ən yaxşı ətraf mühit tətbiqləri" kateqoriyasında mükafatlandırılıb.