logo

Türkiyədə “Sinovac” vaksini vurduranların sayı yüz mini ötüb

15:10 14-01-2021 | icon 273
Türkiyədə “Sinovac” vaksini vurduranların sayı yüz mini ötüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Çin istehsallı “Sinovac” vaksininin tətbiqi sürətlə aparılır. Türkiyə vaxtı ilə saat 15.30-a qədər 102 min 365 nəfər “Sinovac” vurdurub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə səhiyyə naziri Fahrettin Koca “Twitter” sosial şəbəkə hesabından paylaşım edib.

Qeyd edək ki, Türkiyədə 163.692 nəfər səhiyyə işçisi var. İlk növbədə könüllü olaraq tibb sahəsində çalışanlar peyvəndləməyə cəlb olunublar. Hər kəsə 28 günlük fasilə ilə iki doza “Sinovac” vaksini vurulması nəzərdə tutulub.

Türkiyədə ilk “Sinovac” vaksini nazir Fahrettin Kocaya vurulub. Prosesə yanvarın 13-də axşam saatları start verilib.