logo

Qan Bankından vətəndaşlara müraciət: Ehtiyatlar tamamilə azalıb

13:10 14-01-2021 | icon 1701
Qan Bankından vətəndaşlara müraciət: Ehtiyatlar tamamilə azalıb

Hazırda 0 (l) Rh - (mənfi 1), A (ll) Rh - (mənfi 2) və AB (lV) Rh - (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankından məlumat verilib.

Qurum qan ehtiyacı olan vətəndaşları davamlı qanla təmin etmək üçün əhaliyə müraciət edib:

"Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”.

Qan vermək istəyənlər aşağıdakı ünvana müraciət edə bilər:

Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52