logo

Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var

12:03 14-01-2021 | icon 1792
Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən(MAXE) hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan MAXE Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.