logo

Ceyhun Bayramov İslamabadda Mövlud Çavuşoğlu ilə görüşüb

22:54 13-01-2021 | icon 1988
Ceyhun Bayramov İslamabadda Mövlud Çavuşoğlu ilə görüşüb

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Görüşdə nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatın reallaşması məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.