logo

Türkiyədə “Sinovac” vaksinin ilk dozası səhiyyə nazirinə vurulacaq

19:55 13-01-2021 | icon 2072
Türkiyədə “Sinovac” vaksinin ilk dozası səhiyyə nazirinə vurulacaq

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə çərçivəsində Çindən alınan “Sinovac” vaksinin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə səhiyyə naziri Fahrettin Koca Türkiyə Səhiyyə üzrə Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, Türkiyə gətirilən 3 milyon “Sinovac” vaksini laboratoriya yoxlamasından keçirilib və təhlükəsiz olması təsdiqlənib.

Nazirin sözlərinə görə, Türkiyə Səhiyyə üzrə Elmi Komitəsinin könüllü peyvənd olmayan və yaxud koronavirusa yoluxmayan üzvləri də onunla birlikdə ilk peyvəndlənmədə iştirak edəcəklər. Proses telekanallar tərəfindən canlı olaraq göstəriləcək.