logo

Bakıda Karate-1 Premyer Liqa turniri keçiriləcək

15:11 13-01-2021 | icon 2289
Bakıda Karate-1 Premyer Liqa turniri keçiriləcək

Martın 12–14-də Bakıda keçiriləcək Karate-1 Premyer Liqa turnirinin proqramı müəyyənləşib.

YeniAvropa Dünya Karate Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yarışda kişilər 60, 67, 75, 84 kiloqram və 84 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınlar arasında isə 50, 55, 61, 68 kiloqram və 68 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Xatırladaq ki, dünyanın ən güclü karateçilərinin qatılacağı yarış “Baku Crystal Hall”da təşkil ediləcək.