logo

Paytaxtın mərkəzi küçəsi bağlanır

13:09 13-01-2021 | icon 1736
Paytaxtın mərkəzi küçəsi bağlanır

Yanvarın 14-də Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində   avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, buna səbəb sözügedən ərazidə aparılacaq təmir işləridir.