logo

Şamaxı rayonunda zəlzələ olub

12:53 13-01-2021 | icon 1743
Şamaxı rayonunda zəlzələ olub

Yanvarın 13-də Şamaxı rayonunda maqnitudası 3.4 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:12-də qeydə alınıb.

Ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.