logo

Qarabağda daha 7 erməni hərbçinin cəsədi tapıldı

11:31 13-01-2021 | icon 1792
Qarabağda daha 7 erməni hərbçinin cəsədi tapıldı

Qarabağda daha 7 erməni hərbçinin cəsədi tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə cəsədlərin axtarışı Cəbrayıl, Hadrut və Zəngilan istiqamətində aparırlar.

Bununla da Qarabağda tapılan erməni hərbçilərin cəsəd sayı 1229-a çatıb.

Xatırladaq ki, bunlar meyitləri tapılan itkinlərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, indiyədək müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.