logo

Ucar rayon Mərkəzi Xəstəxanası odunla qızdırılır?-Müəmmalı tender

10:46 13-01-2021 | icon 2226
Ucar rayon Mərkəzi Xəstəxanası odunla qızdırılır?-Müəmmalı tender

Ucar rayon Mərkəzi Xəstəxanası maraqlı tender elanının nəticəsi olaraq müqavilə imzalayıb.

 YeniAvropa xəbər verir ki, “Ucar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs odun yanacağının alınması haqda tenderə yekun vurub. Digər maraqlı məqam isə ondan ibarətdir ki, ümumi dəyəri  10 010 AZN olan tenderin qalibinin adı açıqlanmayıb. 

XXI əsrdə, hətta ucqar rayonlarda belə odun yanağaından nadir hallarda istifadə edildiyi bir dövrdə Ucar Xəstəxanasının odunu hansı məqsədlə aldığı suallar yaradır... 

Xatırladaq ki,  sözügedən xəstəxananın müasir tələblərə cavab verən binası 2015-ci ildə prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.