logo

MN Kəlbəcər rayonunun Aşağı Şurtan kəndinin videogörüntülərini paylaşıb

09:41 13-01-2021 | icon 280
MN Kəlbəcər rayonunun Aşağı Şurtan kəndinin videogörüntülərini paylaşıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Aşağı Şurtan kəndinin videogörüntülərini yayıb.

YeniAvropa xatırladır ki, Tərtər çayının sahilində, Dəlidağın ətəyindəki bu kənd Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılıb. Aşağı Şurtan kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Aşağı Şurtan kəndinin görüntüləri təqdim edirik: