logo

Azərbaycanda mətbuatla bağlı yeni qanun hazırlanacaq

20:33 12-01-2021 | icon 1652
Azərbaycanda mətbuatla bağlı yeni qanun hazırlanacaq

Azərbaycanda "Media haqqında” yeni qanun hazırlanacaq.

 YeniAvropa xəbər verir ki, bu, prezident İlham Əliyevin yanvarın 12-də imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına "Media haqqında” qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etmək tapşırılıb.