logo

Xaricdəki vətəndaşlarımızın pasportlarının etibarlılıq müddəti uzadıldı

19:23 12-01-2021 | icon 1722
Xaricdəki vətəndaşlarımızın pasportlarının etibarlılıq müddəti uzadıldı

Xaricdə olan Azərbaycan vətəndaşlarının etibarlılıq müddəti bitmiş pasportlarının müddəti 2021-ci il iyulun 1-dək uzadılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfirliyindən bildirilib.Qeyd edilib ki, koronavirus pandemiyasının yaratdığı çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməməsi və fəaliyyətlərini hüquqi zəmində tənzimləməsi üçün 2020-ci il yanvarın 1-dən etibarlılıq müddəti bitmiş və ya daha sonra bitəcək bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti 2021-ci il iyunun 1-dək uzadılmış hesab olunur.

Vətəndaşlarımız yaşadıqları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində, qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər.