logo

250 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə ediləcək

13:31 12-01-2021 | icon 1694
250 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə ediləcək

Koronavirus pandemiyası səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 nəfər Azərbaycana təxliyə olunacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, təxliyə yanvarın 15-də səfirliyin təşkilatçılığı ilə reallaşacaq.

Təxliyə olunacaq şəxslər yanvarın 14-də koronavirus testindən keçiriləcəklər.

COVID-19 aşkarlanmayan şəxslərə Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik tərəfindən xüsusi arayışlar veriləcək və onlar Vətənə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının ölkəmizə qayıtması təmin edilib.