logo

Paytaxtda üzərində “Kalaşnikov” avtomat gəzdirən şəxs saxlanılıb

10:30 12-01-2021 | icon 1715
Paytaxtda üzərində “Kalaşnikov” avtomat gəzdirən şəxs saxlanılıb

Polis əməkdaşları qanunsuz olaraq üzərilərində və yaşayış sahələrində odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sonuncu belə tədbiri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları həyata keçiriblər. Əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb. Polis şöbəsində onun əlindəki idman çantasına baxış zamanı bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkarlanaraq götürülüb.

Raqil Bayramov barəsində 19-cu polis şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Saxlanılan şəxslə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.