Üçtərəfli bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır - Azay Quliyev
"Bu gün, yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiyanın Prezidenti cənab Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir."
YeniAvropa xəbər verir ki, bu fikri millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev dövlət başçılarının üçtərəfli Moskva görüşünü şərh edərkən səsləndirib.
Azay Quliyev daha sonra deyib:
"Belə ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir. Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir.
Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır.
Çünki:
1) 30 il blokada vəziyyətində olan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranır ki, bu da Muxtar Respublikanın inkişafı, gediş-gəlişin asanlaşdılrılması, nəqliyyata çəkilən xərclərin kifayət qədər azaldılması və bütövlükdə Azərbaycanın anklav bölgəsi ilə bütövləşməsi deməkdir.
2) Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat dəhlizinin işə düşməsi Türkiyə ilə quru əlaqələrimizin yaranması deməkdir ki, nəticədə Türkiyənin Azərbaycan üzərindən türk dünyasına asan çıxışı təmin edilir və bu coğrafiya ilə birbaşa bağlantı əldə olunur.
3) Azərbaycan İpək yolu marşurutu üzrə ikinci alternativ dəhliz qazanır. Bu dəhliz yüklərin daşınması baxımından ölkəmizin Gürcüstandan asılılığına son qoyur və daha qısa yol olduğundan nəqliyyat xərclərini azaldır və beynəlxalq bazarda rəqabət aparmaq imkanımızı xeyli yaxşılaşdırır.
4) Daqlıq Qarabağın Azərbaycana inteqrasiya prosesini sürətləndirir, bu mövzuda ölkəmizə qarşı ola biləcək mümkün təzyiqləri neytrallaşdırır və beynəlxalq aləmdə siyasi mövqeyimizi daha da gücləndirir.
5) Qalib tərəf kimi Ermənistanla gələcək sülh sazişinin milli maraqlarımıza uyğun şəkildə hazırlanması və imzalanması, xüsusilə, Cənubi Qafqazda təhlükəsziliyin və əməkdaşlığın təminatı üçün önəmli imkanlar yaradır."
Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başladı
Eldar Həsənovun zaminə buraxılması ilə bağlı prezidentə müraciət edildi
Madriddə güclü partlayış baş verib
Bakı İrəvanla sərhədlərin demarkasiyası üzrə danışıqlara başlayır
Kəlbəcər rayonunun Nadirxanlı kəndinin videogörüntüləri yayıldı
Mikayıl Cabbarov SOCAR-ın satılacağı xəbərini təkzib etdi
Putinin Qara dəniz sahillərində milyardlıq sarayı üzə çıxdı
İşğaldan azad olunmuş ərazilərimizə 2,2 milyard manat xərclənəcək-Nazir
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü
Əfv Komissiyasının yeni tərkibi formalaşıb - Yeniliklər gözlənilir
Komissiyada 3443 səfərbərliyə cəlb olunan vətəndaşın müraciərinə baxılıb
Allahşükür Paşazadə:Qorbaçov cəzasını almalıdır
Erkan Özoral MHP sədrinin Şuşada məktəb açmasına münasibət bildirdi
Yük maşını traktorla toqquşdu-1 nəfər öldü
Mədət Quliyev zavod direktorunun vəzifəsindən azad etdi
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım etdi
DİN əməliyyat keçirdi: Bakı və Sumqayıtda silahlı şəxslər saxlanıldı
Sabah Bakıda sulu qar, qar yağacaq
Ötən il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 27,4 milyon ton neft nəql olunub
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Qaxda 43 sm qar yağdı, Xəzərdə dalğa 2,7 metrə qalxdı..
Azərbaycan nefti 56,39 dollara satılır
ABŞ-ın 46-cı prezidentinin bu gün andiçmə mərasimi keçiriləcək