AQTA yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq edir
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə xəbərdarlıq edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən Monteneqronun Danilovqrad şəhəri ərazisində blutanq xəstəliyi, İsrailin Şimal vilayətinin ərazisində dabaq xəstəliyi, Fransanın Provans-AIp-Kot de Azur regionunun ərazisində Aueski xəstəliyi, Niderlandın Şimali Brabant əyalətinin və Litvanın Kaunas vilayətinin ərazisində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Rioxa Muxtar əyalətinin ərazisində süngərvarı ensefalopatiya xəstəliyinin yayılması müəyyən edilib.
Bununla əlaqədar olaraq, Monteneqronun Danilovqrad şəhərindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, İsrailin Şimal vilayətindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, İspaniya Krallığının Rioxa Muxtar əyalətindən diri iribuynuzlu heyvanların və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, həmçinin OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Brabant əyalətindən və Litvanın Kaunas vilayətindən bütün növ diri quş və quş məhsullarının, Fransanın Provans-Alp–Kot de Azur regionundan ölkəmizə diri donuz və donuz mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monteneqrodan, İsraildən, Fransa və Litvadan, Niderland və İspaniya krallıqlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycanda vaksinasiya prosesi başlayıb
Fevralın 1-dən tələbələrin köçürülməsinə start veriləcək
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət etdi
Milli iqtisadiyyata qoyulan 450 milyon manatlıq baş daşı-Ekspert rəyi
Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
Fransa "Qran-pri”sində 9 güləşçimizdən 8-i medal qazandı
Borca görə mandatını girov qoyan keçmiş deputat həbs olunacaq
Vətən Müharibəsində hücuma keçən ilk tankçı - VİDEOREPORTAJ
Hirkan Milli Parkında yanğın davam edir - VİDEO
Qarabağda daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb
Qar Gürcüstan-Rusiya sərhəddində 10 km-lik tıxac yaradıb
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”ə yollanıblar
Azərbaycanda daha 322 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Azərbaycanın tanınmış rejissoru vəfat etdi
İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” veloyarışı keçiriləcək
Sumqayıtda oteldə arvadını yastıqla boğub öldürdü
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Qarsda genişmiqyaslı Türkiyə-Azərbaycan hərbi təlimləri keçiriləcək
Xalq artisti Siyavuş Aslanın oğlu küçədə yaşayır
Qarabağda ermənilərin 3 mərtəbəli gizli tuneli aşkarlandı-VİDEO
Sabah Bakıda 10 dərəcə isti olacaq, bölgələrdə qar yağacaq, şimşək çaxacaq
Güləşçilərimiz Fransa "Qran-Pri"sində 5 medal qazandı
İsveç kralı və kraliçası koronavirusa qarşı peyvənd olunublar
MHP sədri Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçib