DİN əməliyyat keçirdi:20 kq narkotika və silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçiriblər.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov daxil olan əməliyyat məlumatı əsasında tutulub. Onun evində axtarış aparılıb və satış üçün nəzərdə tutulan 9 kiloqrama yaxın marixuana aşkarlanıb.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə əvvəllər məhkum olunmuş Polad Əkbərov saxlanılıb. Axtarış zamanı onda “Mauzer” markalı tapança aşkar edilib.
Növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Rəşad Ələsgərli tutulub. Ondan da “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Daha bir əməliyyat zamanı saxlanılan və əvvəllər məhkum olunmuş Əkbər Nağıyevin üzərindən 5 qrama yaxın metamfetamin, yaşadığı evdən müvafiq sənədləri olmayan və lüləsi, qundağı kəsilmiş “TOZ” markalı ov tüfəngi və həmin silaha aid 8 patron aşkarlanıb.
Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə vətəndaş Eldar Terequlov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı “Marqolin” konstruksiyalı tapança, həmin silaha məxsus 1904 patron və 2 pnevmatik tapança aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə vətəndaş Ramil İsmayılov saxlanılıb. Onun üzərindən “Makarov” markalı tapança, həmin silaha aid səsboğucu, daraq və 7 patron götürülüb.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Xudiyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onların üzərlərinə və Elçin Xudiyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 bağlamanın içərisində ümumilikdə 11 kiloqram narkotik vasitə aşkar edilib.
Daha bir əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Eldar Mürşüdov tutulub. Onun üzərində “Naqan” tipli tapança aşkarlanıb.
İdarə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha iki nəfər - Nicat Məmmədov və Xəyyam Hüseynov saxlanılıblar. Həmin şəxslərdən 5 qramdan çox heroin və metamfetamin götürülüb.
Faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Həmin şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Aşkarlanan külli miqdarda narkotik maddələrin mənbələrinin və saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
ABŞ hərbi gəmisi Qara dənizə daxil oldu
Nazir Səbailin polis bölməsinin rəisini vəzifədən azad etdi
İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif etdi
Tokio Olimpiadasının tamaşaçılarsız keçirilməsi 23,4 milyard dollar zərər vura bilər
“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır”
ABŞ-ın Rusiyadakı etirazları dəstəkləməsi Kremli qıcıqlandırdı
Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu
Azərbaycanda 4,2 ballıq zəlzələ oldu
Türkiyədə “Sputnik V” peyvəndi istehsal olunacaq
Səfərbərlikdən tərxis olunmuş 5298 hərbçinin müraciətinə baxılıb
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü
İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verdi
Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayıldı
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi
Prezident SOCAR-ın idarə edilməsini dəyişdirdi-Müşahidə Şurası yaradıldı
İstanbuldan Bakıya qızıl sikkələr gətirən şəxs tutuldu - Video
İlham Əliyev AMEA Naxçıvan bölməsinin sədrini "Şöhrət" ordeni ilə təltif edib
Salyan Gigiyena Mərkəzinin direktoruna cinayət işi aşıldı
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasına yollanırlar
Dövlət Neft Fondunun qızıl ehtiyatları 102 tona çatır
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndinin videogörüntülərini yayıb
Vüqar Səfərli ev dustaqlığına buraxılır?-Apelyasiya şikayəti verildi
Paytaxtda “KIA” yolu keçən qadını vurub öldürdü
Sabah Bakıda 8° isti olacaq
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib