logo

Azərbaycan-Türkiyə-Pakistan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

16:29 11-01-2021 | icon 3409
Azərbaycan-Türkiyə-Pakistan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Yanvarın 13-14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında rəsmi səfərdə olacaq.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində yanvarın13-də Azərbaycan Respublikasının, Türkiyə Respublikasının və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə Azərbaycanın xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.