logo

Bakıda Azərbaycan-ICESCO əlaqələri müzakirə edilib

15:57 11-01-2021 | icon 1771
Bakıda Azərbaycan-ICESCO əlaqələri müzakirə edilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıda səfərdə olan baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

 YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Anar Kərimov Azərbaycan ilə ICESCO arasında artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs edib və bu işbirliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ICESCO -nun baş direktoru nazir Anar Kərimova təşəkkür edərək, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və özündə yeni elementləri ehtiva edəcəyinə əmin olduğunu bildirib. Əlaqələrin inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib.