logo

İranda koronavirusdan ölənlərin sayı isə 57 min nəfərə yaxınlaşır

15:32 11-01-2021 | icon 280
İranda koronavirusdan ölənlərin sayı isə 57 min nəfərə yaxınlaşır

Son sutka ərzində İranda koronavirusa 6 min 208 nəfər yoluxub, 91 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə İranda yoluxanların sayı 1 milyon 292 min 614 nəfərə, bu virusdan ölənlərin sayı isə 56 min 262-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 568 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 81 min 736 xəstə sağalaraq evə buraxılıb.

İranın səhiyyə naziri Səid Nəmaki mətbuat nümayəndələrinə bildirib ki, ölkədə COVID-19 “Britaniya” ştammına yoluxan 4 nəfər aşkar edilib və təcili olaraq xəstəxanaya yerləşdirilib. Bir ailənin 4 üzvü olan yoluxanlar bu günlərdə Avropadan qayıdıblar. Onların Avropada yoluxması şübhəsizdir. Nazir hökumətə müraciət edərək Avropadan İrana gələn adamların nəzarətə götürülməsinin vacib olduğunu bildirib.