logo

Kəlbəcər rayonunun Keşdək kəndinin videogörüntüləri yayıldı

14:09 11-01-2021 | icon 1729
Kəlbəcər rayonunun Keşdək kəndinin videogörüntüləri yayıldı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Keşdək kəndinin videogörüntülərini yayıb.

YeniAvropa xatırladır ki, Tərtər çayının sahilində, dağətəyi ərazidə yerləşən Keşdək kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi nəticəsində noyabrın 10-da Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Keşdək kəndinin videogörüntülərini təqdim edirik: