logo

Ağcabədi sakinindən 5 kq-dan artıq heroin götürülüb

13:12 11-01-2021 | icon 1813
Ağcabədi sakinindən 5 kq-dan artıq heroin götürülüb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərəfxanlı kənd sakini İ.İbrahimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 218 qram heroin aşkarlanaraq götürülüb.