logo

Sabah Bakıda arabir yağış yağacaq, 9° isti olacaq

12:10 11-01-2021 | icon 1820
Sabah Bakıda arabir yağış yağacaq, 9° isti olacaq

Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 7-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Yanvarın 12-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.