logo

Qazaxıstan parlamentinə seçkilərdə hakim “Nur Otan” partiyası qalib gəlib

11:55 11-01-2021 | icon 1624
Qazaxıstan parlamentinə seçkilərdə hakim “Nur Otan” partiyası qalib gəlib

Qazaxıstanda yanvarın 10-da keçirilən parlament seçkilərində sabiq prezident Nursultan Nazarbayevin başçılıq etdiyi hakim “Nur Otan” partiyası qalib gəlib.

YeniAvropa Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, “Nur Otan” partiyası seçicilərin 71,09 faizinin səsini toplayıb. Bundan başqa, parlamentə Məclisin hazırkı tərkibində yer alan “Ak yol” (İşıqlı yol) və Qazaxıstan Xalq partiyaları  da keçiblər. Bu partiyalar müvafiq olaraq 10,95 faiz və 9,1 faiz səs alıblar.

Seçkilərə qatılan digər partiyalar isə 7 faizlik baryeri aşa bilməyiblər.