logo

“World Masters” turnirində cüdoçularımızın ilk rəqibləri bəlli olub

09:55 11-01-2021 | icon 2296
“World Masters” turnirində cüdoçularımızın ilk rəqibləri bəlli olub

Dohada sabah start götürəcək “World Masters” turnirinin püşkatması keçirilib.

 YeniAvropa xəbər verir ki, ölkəmizi kişilər arasında 66 kq çəkidə təmsil edəcək Orxan Səfərov moldovalı Denis Vieru, Nicat Şıxəlizadə İsrail idmançısı Barux Şmailovla (66 kq) mübarizə aparacaqlar. Yüz kiloqram çəki dərəcəsində idmançılarımız Elmar Qasımov Rafael Buzakarini (Braziliya), Zelim Kotsoyev Ramadan Dervişi sınağa çəkəcəklər.

Qadınların mübarizəsində isə 48 kq çəkidə Aişə Qurbanlı Türkiyə cüdoçusu Gülkader Sentürk, Leyla Əliyeva Mərakeş təmsilçisi Aziza Çakirlə ilk döyüşlərini keçirəcəklər. Millimizin digər cüdoçusu İrina Kindzerska (78 kq-dan yuxarı) ilk mərhələdə almaniyalı Yasmin Qrabovski ilə gücünü sınayacaq.

Yanvarın 13-dək davam edəcək yarışda 69 ölkədən 400-ə yaxın cüdoçu iştirakını təsdiqləyib.