logo

Kreml Putin-Əliyev-Paşinyan üçtərəfli görüşünün tarixini açıqladı

23:32 10-01-2021 | icon 2079
Kreml Putin-Əliyev-Paşinyan üçtərəfli görüşünün tarixini açıqladı

Yanvarın 11-də Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildiilib ki, görüş Rusiya prezidentinin təşəbbüsü ilə həyata keçiriləcək.

Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.