logo

Qırğızıstanda 53 yaşlı müxalifət lideri prezident seçkilərində  qalib gəlir

22:10 10-01-2021 | icon 2940
Qırğızıstanda 53 yaşlı müxalifət lideri prezident seçkilərində  qalib gəlir

Qırğızıstanda dövlət başçısı səlahiyyətlərinin sabiq icraçısı Sadır Japarov növbədənkənar prezident seçkilərində qalib gəlir.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasından bildirilib. Qeyd edilib ki, seçki məntəqələrinin 92 faizində səslərin hesablanmasından sonra S.Japarov 79 faiz səslə liderdir.

Ona 1 milyon 40 min seçici səs verib.

Prezident seçkiləri ilə eyni vaxtda respublikada idarəçilik forması üzrə referendum da keçirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 75 faizi hesablandıqdan sonra 80 faizdən çox seçici prezident idarəçilik formasına səs verib.

Qırğızıstanda keçirilən prezident seçkilərində Sadır Japarov qalib gəlir.

Xatırladaq ki, Sadır Japarov 1968-ci il dekabrın 6-da İssuk-Kul vilayətində anadan olub. İki ali təhsillidir. 2005-ci ildə keçirilən seçkilərdə müxalifətin “Gələcək” blokunun lideri kimi Qırğızıstan patlamentinə(Joqorku Keneşa) üzv seçilib. Parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq ölkədə başlanan “Zambaq inqilabı” zamanı Qırğızıstan Xalq Hərəkatının lideri Kurmanbek Bakiyevə dəstək verib. Kurmanbek Bakiyev ölkə prezidenti seçildikdən sonra ona tərəfdaşlıq edib.

2007-ci ildə ölkədə keçirilən növbədənkənar parlament seçkilərində prezidentyönümlü “Ağ yol” partiyasının siyahısı üzrə yenidən parlamentin üzvü seçilib. Lakin buna baxmayaraq mandatdan imtina edərək, prezidentin müşaviri olub. Paralel olaraq , 2008-2009-cu illərdə Korrupsiyaya qarşı mübarizə üzrə mili agentliyin səlahiyyətli nümayəndəsi, 2009-2010-cu illərdə isə agentliyin direktiru vəzifəsini daşıyıb.

2010-2013-cü illərdə keçirilən parlament seçkilərində Qırğızıstan Demokratik partiyası “Ata Yurd”un siyahısı üzrə yenidən  Joqorku Keneşanın deputatı seçilib. Parlamentin hüquq məsələləri üzrə komitəsinin sədri tıyin edilib.

Ölkənin ön böyük ”Kumtop” qızıl mədənlərinin milliləşdirilməsi təşəbbüsü ilə çıxış etdiyinə və bu məqsədlə paytaxt Bişkekdə təşkil olunan mitinqlərin “Hakimiyyəti zor gücünə ələ keçirmək” maddəsi ilə həbs edilib. 1,6 il həbs cəzası almasına baxmayaraq, beynəlxalq hüquq müdafiə təşkilatlarının israrlı tələbi ilə 3 ay sonra azadlığa buraxılıb. 2013-cü ildə müxalifət lideri kimi yenidən həbs təhlükəsi ilə üzləşdiyindən əvvəlcə Qazaxıstana immiqrasiya edib. Daha sonra Rusiya, Türkiyə , Kiprdə miqrant haəyatı yaşayıb.Bu müddət ərzində sosial şəbəkələrdə müxalif yonlü çıxışlarını davam etdirib.  2017-ci ildə ölkəyə qayıdarkən Qazaxıstan-Qırğızıstan sərhəddində saxlanılıb. 2013-cü ildəki iğtişaşlarda təqsirli hesab edilərək 11 il 6 ay müddətinə yenidən  ciddi rejimli həbsxanada saxlanmaq şərti ilə həbs edilib.

2020-ci ildə parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq ölkədə başlanılan kütləvi etiraz aksiyalarının nəticəsi olaraq Sadır Japarov həbsdən azad edilib . 6 oktyabr 2020-ci ildə parlament tərəfindən ölkənin baş naziri təyin edilib.

Ölkədə davam edən kütləvi etirazların nəticəsində 15 oktyabr 200-ci il tarixində prezident Sooronbay Jeenbekov istefa verdikdən sonra Konstitusiyaya uyğun olaraq müvəqəti olaraq ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb.  14 noyabr tarixində prezident seçkilərinə qatıldığı üçün prezidentlik və baş nazir səlahiyyətlərindən imtina edib.