logo

Kürdə suyun səviyyəsi 3,2 metr qalxıb 

21:27 10-01-2021 | icon 1708
Kürdə suyun səviyyəsi 3,2 metr qalxıb 

Kür çayında suyun səviyyəsi artıb.

 YeniAvropa xəbər verir ki, son günlər Kür çayında suyun səviyyəsinin artımı müşühidə olunur. Bu daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində özünü biruzə verir.

Yerli sakinlərin sözlərinə görə, son iki gündə Kürdə cüzi enmələr olsa da, təkcə son bir ayda çayda suyun səviyyəsi 3,2 metr qalxıb. Nəticədə çayda yaranmış kiçik adalar əriyərək suyun altında qalıb, sahilboyu quraşdırılmış su nasosları tam gücü ilə işləyir.

Əhalinin yay aylarında su sarıdan yaşadığı sıxıntılar aradan qaldırılıb. Hazırda Kür çayında saniyədə 400 kubmetr su axır.