logo

Putin Makronla Qarabağa dair sabahkı Moskva görüşünü müzakirə edib

20:33 10-01-2021 | icon 1932
Putin Makronla Qarabağa dair sabahkı Moskva görüşünü müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü və iştirakı ilə   Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.

Qeyd edilib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin koordinasiya edilməsi çərçivəsində Rusiya prezidentinin fransalı həmkarı telefon danışığında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin icrası, regionda sülhün təmin olunması istiqamətində gələcəkdə atılacaq addımlar diqqət mərkəzində olub.

 E. Makron Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərinə dəstəyini ifadə edib. Tərəflər əsas diqqəti döyüşlərdən əziyyət çəkmiş əhaliyə humanitar yardımlara, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların roluna yönəldiblər.